Logo

Vikipediyanın ilk versiyası hərraca çıxarılıb

04.12.2021 09:17 380 baxış
IMG

Vikipediyanın həmtəsisçisi Cimmi Ueyls və “Christie's” hərrac evi onlayn ensiklopediyanın ilk versiyasını satırlar.

Bu barədə "The Verge" yazır.

Hərrac dekabrın 3-də başlayıb 15-də başa çatacaq.

Onlayn ensiklopediyanın ilk versiyası 2001-ci ilin yanvarında yaradılıb. Uels qeyd edib ki, hərrac iştirakçıları saytı proqram təminatını qurarkən olduğu kimi görəcəklər.

Ensiklopediya satışdan sonra ictimaiyyət üçün açıq olacaq. Onu hər kəs redaktə edə bilər. Bütün dəyişikliklər beş dəqiqədən sonra yox olacaq, səhifə orijinal vəziyyətinə qayıdacaq.

Xəbər lenti