Logo

Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib

04.12.2021 10:04 82 baxış
IMG

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafatı Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova təqdim edib.

“Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin ali mükafatıdır.

Xəbər lenti