Logo

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

04.12.2021 10:32 114 baxış
IMG

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyi şagird yerdəyişməsi prosesinin həyata keçirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir. Paytaxtımızda yerləşən ümumi təhsil müəssisələri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi - 146-0, digər rayon və şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün isə Təhsil Nazirliyinin Çağrı Mərkəzi - 146-1 vətəndaşların xidmətindədir. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmi saytının “Virtual bələdçi” xidmətinə, vatsap nömrəsinə (+ 994 51 206 78 48), www.sy.edu.az portalının əks əlaqə bölməsinə müraciət etmək olar.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 10-dan start verilib.

Xəbər lenti