Qərbi Kaspi Universitetinin Dizayn məktəbinin müəllimləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıxbəyova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Abdullayev, Məryəm Vəlixanova, Leyla Hüseynova “Dizaynın müasir problemləri” adlı Beynəlxalq elmi-praktiki konfransda məruzələrlə çıxış ediblər.
Konfransda “Dizaynda tədrisin metodoloji problemləri”, “Ənənəvi dizaynın fəlsəfi və bədii problemləri”, “Şəhər mühit dizaynının müasir problemləri”, “Müasir dizaynın bədii problemləri” mövzularında müzakirələr aparılıb.