Logo

SABAH tələbələri təlimdə iştirak ediblər

04.12.2021 12:00 441 baxış
IMG

SABAH qrupları (BDU, ADU, ADPU) və Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) Əlavə Təhsil Müəssisəsinin ortaq əməkdaşlığı çərçivəsində pedaqoji ixtisaslı tələbələr üçün nəzərdə tutulan "Sabahın müəllimi necə olmalıdır?" adlı silsilə təlimlər davam edir. İkinci təlim 1 dekabr tarixində "Zoom" platforması  üzərindən Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) Təhsilə Dəstək Mərkəzinin Direktoru İlkin Həsənov  tərəfindən kurikulum proqramından "Hovard Qardner nəzəriyyəsi" mövzusunda keçirilib.

Təlimin moderatoru BDU SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova olub.

Qeyd edək ki, təlimdə Hovard Qardner nəzəriyyəsi, çoxnövlü intellekt nəzəriyyəsi, onun təhsildə rolu kimi mövzulara toxunulub və tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti