Logo

ABŞ-da doktorantura oxuyan məzun: “Bakı Ali Neft Məktəbi məni yüksək keyfiyyətli təhsillə təmin etdi”

04.12.2021 12:15 392 baxış
IMG

“Bakı Ali Neft Məktəbi məni yüksək keyfiyyətli təhsillə təmin edərək, qeyri-texniki bacarıqlarımın və müstəqil öyrənmə qabiliyyətimin inkişaf etməsinə imkan yaratdı”. 
 
2013-2018-ci illərdə BANM-də Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr, daha sonra magistr təhsili alan, hazırda isə təhsilini ABŞ-ın Cənubi Kaliforniya Universitetinin doktorantura pilləsində 4 illik tam təqaüdlə davam etdirən Məhəmməd Vəliyev bu fikirdədir.

Məhəmməd 2015, 2016 və 2017-ci illərdə SOCAR, 2016-cı ildə “Schlumberger”, 2017-ci ildə isə BP şirkətinin təşkil etdiyi Yay Təcrübə proqramlarında iştirak edib, BP şirkətində təcrübə keçib. Neftçi Mühəndislər Cəmiyyətinin nəzdində Gənc istedadlar qrupuna qəbul olub. O, 2018-ci ildə BANM-ın Neft-qaz mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirib.  

Məhəmməd deyir ki, BANM-də öyrəndiyi ən dəyərli dərs müstəqillik, özünəinam və uğura gedən yolda böyük əzmlə irəliləmək olub: “BANM-də inkişaf etdirdiyim müstəqillik, özünəinam və dayanıqlıq kimi bacarıqlarım qarşılaşdığım çətinliklərin öhdəsindən gəlməkdə mənə çox kömək edir”.

Xəbər lenti