Rusiyanın Rostov vilayətində 14 yaşlı məktəbli öz atasından uşaq dünyaya gətirib.
Sonxeber.az Lent.az-a istinadla məlumatına görə, 46 yaşlı işsiz rusiyalı qızına qarşı doqquz yaşı olarkən əxlaqsızlıq etdiyini boynuna alıb.
Bu, hamilə qalana qədər beş il davam edib.
Anası iddia edir ki, o, belə bir şey hiss etməyib və qız, görünür, bu barədə ona danışmaqdan qorxub. Kişi məhkəmədə təqsirini qismən boynuna alıb, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 15 il azadlıqdan məhrum edilib.
Məktəbli qız artıq uşağı dünyaya gətirib, tərbiyəsində anası ona kömək edir. Onlar qızın başına gələnləri xatırlamamağa çalışırlar.