Logo

Memarlıq və İncəsənət İnstitutunda YAP ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

04.12.2021 15:12 487 baxış
IMG

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ərazidə fəaliyyət göstərən partiya təşkilatlarının işindən bəhs edib.

İcraçı direktor, müəssisənin YAP təşkilatının sədri Xəzər Zeynalov qeyd edib ki, institutda bu təşkilat 2016-cı il fevralın 17-dən fəaliyyət göstərir. Hazırda təşkilatın 22 üzvü var və onlardan 5 nəfəri gənclərdir. İnstitutda fəaliyyət göstərən digər 4 təşkilatın sədrləri bu partiyanın üzvüdür. Pandemiya ilə əlaqədar olaraq il ərzində keçirilən 14 iclas onlayn şəkildə təşkil olunub.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə müəssisənin YAP ilk ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Ə.Salamzadə bildirib ki, X.Zeynalovun siyasi partiya işlərinin yerinə yetirilməsi istiqamətindəki səmərəli fəaliyyəti və bugünkü hesabatı qənaətbəxşdir.

Sonda institutun YAP təşkilatının sədri vəzifəsinə yenidən Xəzər Zeynalov, sədr müavini isə institutun şöbə müdiri, Qadınlar şurasının sədri Rahibə Əliyeva seçilib.

Xəbər lenti