Logo

İlin sonuncu Günəş tutulması başa çatıb

04.12.2021 17:32 546 baxış
IMG

İlin sonuncu Günəş tutulması başa çatıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır. Saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatıb. Tutulmanın maksimumu 11:34:38-də olub. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edib. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunub.

Tutulma hadisəsi Azərbaycanda müşahidə edilməyib.

Xəbər lenti