Logo

ADMİU-nun müəllimləri yaradıcılıq işlərini təqdim ediblər

04.12.2021 20:49 660 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrası müəllimlərinin yaradıcılıq-ifa işləri dinlənilib.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, kafedranın müdiri dosent Umud İbrahimov Cahangir Cahangirovun “Aylı gecə”, professor Vamiq Məmmədəliyev “Dəraməd və rənglər”, Xalq artisti Zamiq Əliyev Aydın Ağasiyevin “Qərarsız mən oldum” əsərlərini, Əməkdar artist Mirnazim Əsədullayev “Zabul segah”ı ifa ediblər.

Həmçinin Sərxan Abıyev, Fəridə Məlikova, Famil Əliyev, Cəbrayıl Göyüşov, Fariz Baxşəliyev, Samirə Əliyeva, Mustafa Aşurov, Ruslan Zərbəliyev, Səxavət Məmmədov və İsmayıl Zülfüqarovun ifaları dinlənilib.

Xəbər lenti