Logo

Tələbələr Azərbaycan Cüdo Federasiyası tərəfindən sertifikatlarla təltif olunublar

04.12.2021 22:16 449 baxış
IMG

Onlar cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq cüdo turnirində fəal iştirak etmiş idman könüllüləri kimi təşəkkürnamələrə layiq görülüblər. Tələbələrə sertifikatları Azərbaycan İdman Könüllüləri Birliyinin sədri Miraqil Seyidzadə, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təqdim ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən "Böyük dəbilqə" beynəlxalq cüdo turnirində könüllülük fəaliyyətinə görə sertifikatlarla təltif edilən tələbələr Həmid Həşimzadə, Nüşabə Quliyeva, Cəmilə Yusifova, Rəvan Quluzadə, Aysu İsmayılova, Raul Aslanov və Cəmil Abdullayevdır.

Xəbər lenti