Logo

“Azərbaycan mühacirət ədəbiyyatının əsas ideya istiqamətləri”

05.12.2021 14:50 407 baxış
IMG

BDU-nun Filologiya fakültəsində Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatının əsas ideya istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in müdiri, dosent Nəzakət Hüseynova mühacirət ədəbiyyatının Azərbaycan ədəbiyyatı tarixinin önəmli mərhələsi olduğunu diqqətə çatdırıb.

Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə seminar mövzusunun əhəmiyyətindən danışıb, məruzəçilərə uğurlar arzulayıb.

Sonra Nəzakət Hüseynova “Vətən həsrəti XX əsrin əvvəllərində yaranan Azərbaycan mühacirət ədəbiyyatının əsas ideya istiqamətlərindən biri kimi (Almas İldırımın yaradcılığı əsasında)”, Samirə Məmmədova “Ceyhun Hacıbəylinin “Bir  il xəyallarda və bütöv bir ömür” əsərində vətən həsrətinin bədii konteksti”, Təranə Ağamalıyeva “Mirzə Bala Məmmədzadənin ədəbi irsində vətən həsrəti əsas motiv kimi”, Nigar Əhmədova “Тоска по родине в эмигрантской литературе” və Səidə Nağıyeva “Vətən niskilli mühacirət poeziyası” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti