Logo

Gəncədə orta məktəb şagirdi ağır qəza törədib

05.12.2021 15:44 1322 baxış
IMG

Gəncədə ağır qəzanın təfərrüatı bəlli olub.

Tehsil.biz xəbər verir ki, 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan piyada, 13 yaşlı Nazlı İbrahimovanı vurub.

Bundan sonra “Mercedes”in idarəetməsini itirən N.Əlizadə maşını yol kənarındakı ağaca çırpıb.

Nəticədə piyada və sürücü ölüb, 17 yaşlı Elcan Əliyev, 18 yaşlı Cavid Kazımov və 17 yaşlı Bayramov İlkin xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Xəbər lenti