Logo

Bakı Ali Neft Məktəbində "Dönməlisən" adlı musiqili-xəmsə turniri keçirilib

05.12.2021 22:32 376 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin təşkilatçılığı ilə İntellektual Oyunlar Klubu "Dönməlisən" adlı musiqili-xəmsə turniri keçirilib.

Tehsil.biz xəbər verir ki, bu dəfə turnir iştirakçı sayına görə ən yülkək nəticəni göstərib. 

"Dönməlisən" adlı musiqili-xəmsə turnirinə 32 komanda, ümumilikdə isə 160 nəfər iştirakçı qatılıb. İntellektual Oyunlar Klubu budəfəki turnirdə BANM-in tələbələri ilə yanaşı, Ali Məktəbdən müxtəlif illərdə məzun olan gəncləri biraraya gətirib.

Tələbələrin musiqi biliyini üzə çıxaran turnir Xəmsə Milli İntellektual Oyunu sıralamasında da önə çıxmağı bacarıb. 

"Dönməlisən" adlı musiqili-xəmsə turnirinin təşkilatçıları BANM-in İntellektual Oyunlar klubunun yeni İdarə Heyətinin üzvləri Hüseyn Abızadə, Asiman Həmzəyev, Yusif Hüseynzadə, Əsmər Şixəmirli, Əli Məmmədli və onların dostları Mirnicat Cabbarlı və Əli Farizlidir.

Xəbər lenti