Logo

Kolumbiyalı ailə “Dünyanın Ən Yaxşı Kulinariya Kitabı”na görə mükafat aldı

06.12.2021 09:10 512 baxış
IMG

Parisdə “Qurman” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Kolumbiyalı qadın və qızı dünyanın ən yaxşı kulinariya kitabına görə mükafat alıblar.

Xanımlar kitabı “Envueltos” adlandırıblar.

Onlar dörd il əvvəl ölkəni gəzmək və ənənəvi reseptləri toplamaq qərarına gəliblər. Beləcə içərisində 300 resept olan bir kitab alınıb.

Qeyd edək ki, “Envueltos” Latın Amerikasının əksər ölkələrində hazırlanan rulet formalı bir təamın adıdır. O, xəmirdən və ya qarğıdalı, banan, düyü nişastası kütləsindən donuz əti, toyuq əti, lobya və ya tərəvəz olmaqla müxtəlif içliklərlə hazırlanır. Yemək daha sonra qarğıdalı qabıqlarına, yaxud da digər yarpaqlara bükülür və adətən buxarda bişirilir.

Mənbə: “The Guardian”

Xəbər lenti