Logo

"İstedadlı fiziklər dərnəyi" adlı layihənin icra prosesi uğurla davam etdirilir

06.12.2021 09:38 528 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin İmişli rayonu üzrə qalibi olmuş "İstedadlı fiziklər dərnəyində" dərslər davam edir.

Tehsil.biz xəbər verir ki, dərslərdə fiziki anlayışları mənimsəməklə şagirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi dünyagörüşün formalaşmasına, iradə və xarakterin tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, dəqiqləşdirmə, analiz və sintez, mühakiməyürütmə, problemi müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradılır. 

Bu isə şagirdlərdə çətin görünə bilən fizika məsələlərinin daha asan sadə formada həll etmələrinə köməklik edir.

Dərslərdə tez-tez şagirdlərlə birlikdə yuxarıda qey olunanlarla bağlı müxtəlif məsələlərin həlləri aparılır. 

Xəbər lenti