Logo

"AVO MUN" 2021 konfransının açılış mərasimi baş tutub

06.12.2021 10:09 562 baxış
IMG

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “UFAZ MUN” və "Global Shapers Community Baku"-nun tərəfdaşlığı ilə ölkəmizdə 2 ilə yaxın müddətdən sonra həyata keçirilən ilk oflayn "AVO MUN" 2021 konfransının açılış mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent Vazeh Əskərov və “UFAZ MUN”-un sədri Səid İsgəndərov iştirak edib.

Layihənin əsas məqsədi dayanıqlı insan inkişafında nailiyyətlərin əldə olunması üçün ölkə gənclərinin bacarıqlarını gücləndirmək, gənclərin siyasi, sosial, ekoloji və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirmək, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün platformaların müntəzəm olaraq təşkil olunmasıdır. Bu səbəbdən Azərbaycanda BMT modeli (MUN) hərəkatının daha da aktivləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.  

Layihə çərçivəsində BMT-nin Baş Assambleyası "Zəngəzur dəhlizinin bərpa olunması: Şərq və Qərbin cənubi Qafqaz yolu ilə birləşdirilməsi, yeni iqtisadi imkanlar" mövzusu Azərbaycan dilində və Təhlükəsizlik Şurası "Cənubi Asiya ölkələri üçün Əfqanıstanda yeni müvəqqəti hökumət təhlükəsi" mövzusu ingilis dilində keçiriləcəkdir.

Xəbər lenti