Logo

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri arasında intellektual oyunun final mərhələsi keçirilib

06.12.2021 13:07 623 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Xəmsə” intellektual oyunun fakültə üzrə final mərhələsi keçirilib.

Bu barədə BDU-dan məlumat verilib.

Bildirilib ki, Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov, dekan müavinləri Şahin Yusifli və Nigar İsmayılzadənin iştirakı ilə həyata keçirilən final mərhələsində yarımfinala yüksəlmiş komandalar arasında intellekt mübarizəsində “İmarət” komandasının üzvləri qalib gələrək, diplomlarla təltif olunublar.

Xəbər lenti