Logo

Qusara istirahətə gedən 13 yaşlı məktəbli dağdan yıxılaraq öldü

06.12.2021 14:19 677 baxış
IMG

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

Tehsil.biz bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16:00 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti