PAŞA Bankın keçirdiyi master-klasslar davam edir. Tələbələr üçün təşkil olunan növbəti belə tədbir “Bank. Risk. Uyğunluq” mövzusuna həsr olunub.
Master-klass 6 illik bank sektorunda komplayns üzrə təcrübəyə malik, hazırda isə PAŞA Bankda Komplayns şöbəsinin rəhbəri vəzifəsində çalışan Aynurə İsmayılzadə tərəfindən aparılacaq.
9 dekabr 2021-ci il tarixində saat 11:00-da baş tutacaq təlimə linkə daxil olaraq qoşulmaq mümkündür.