Logo

Ağcabədidə tələbələrlə görüş keçirilib - Foto

06.12.2021 14:34 425 baxış
IMG

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Ağcabədi RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov tələbələrə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar paylaşıb. İnsan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri tələbələrin diqqətinə çatdırılıb. 

Sonda isə iştirakçılarda maraq doğuran suallar cavablandırılıb.

Xəbər lenti