Logo

Alimlər koronavirusun qarşısını alan ən yaxşı ərzaqların adlarını açıqlayıb

04.12.2020 18:29 1020 baxış
IMG

Üzüm və yaşıl çaydakı kimyəvi birləşmələr koronavirusun insan orqanizmində yayılmasının qarşısını alır.

 

MK-nın məlumatına görə, Şimali Karolina Universitetinin (ABŞ) alimləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.

 

Onların tədqiqatlarının nəticələri “Frontiers in Plant Science” nəşrində dərc edilib.

 

Bildirilir ki, sözügedən məhsullarda SARS-CoV-2 proteaz-fermentlərini bloklaya bilən maddələr var.

 

Bundan əlavə, məlum olub ki, tünd şokolad və kakao da koronavirus fermentlərinin aktivliyini azaldır.

Xəbər lenti