Logo

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BDU-ya kitablar hədiyyə edib

06.12.2021 15:47 450 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına 9 adda 1095 nüsxə kitab hədiyyə edib.

Tehsil.biz xəbər verir ki, kitablarda qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlara və meyarlara dair təlimat və rəhbər prinsiplər, vətəndaşsızlıq hallarının azaldılması haqqında konvensiyalar, məcburi köçkünlərin himayəsi üzrə təlimatlar, qaçqınların statusuna dair konvensiya və protokollar, BMT-nin uşaq hüquqları üzrə konvensiyaları və digər beynəlxalq sənədlər haqqında geniş məlumat verilir.

Kitablarlar Universitetin Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya, Tarix fakültələrinin professor-müəllim heyəti və tələbələri üçün qiymətli mənbədir.

Xəbər lenti