Logo

"Zoologiya bölməsi üzrə testlərin və bəzi mövzuların izahı" mövzusunda vebinar keçiriləcək

06.12.2021 17:17 403 baxış
IMG

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

7 dekabr tarixində saat 17:00-da “Zoologiya bölməsi üzrə testlərin və bəzi mövzuların izahı” adlı vebinar keçiriləcək.

Vebinarda spiker qismində 28 nömrəli tam orta məktəbin biologiya müəllimi, təlimçi, mentor Elnurə Hacıyeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti