Logo

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

06.12.2021 17:47 351 baxış
IMG

Dekabrın 6-da ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim olunub. 

Təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. 

Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyər üçün dərin minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra təltiflər təqdim edilib. 

Qeyd edək ki, müvafiq sərəncama əsasən, nazirliyin bir qrup əməkdaşı “Tərəqqi” və "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub. 

Xəbər lenti