Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “İqtisadiyyat və idarəetmə” kafedrası 11 fevral 2022-ci il saat 11:00-da “Gənclər günü”nə həsr edilmiş “Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində gənclərin rolu” mövzusunda tələbə elmi-praktiki konfransı keçirməyi planlaşdırır.
Tehsil.biz xəbər verir ki, həm AƏSMA-nın, həm də digər universitetlərin bakalavr və magistr səviyyəsində təhsil alan tələbələri məqalə təqdim edə bilər.
Göndərilmə ünvanı: [email protected]
Məqalənin mətni 5 səhifəyə qədər olmaqla Times New Roman, 12 şrifti ilə sağdan 3, soldan 1,5, yuxarı və aşağıdan 2 sm ölçüsündə və A4 formasında təqdim edilməlidir. Məqalə üç dildə (azərbaycan, rus və ingilis) qəbul edilir və təşkilat komitəsinin seçdiyi məqalələrin online formatda kitab şəklində çapı təmin ediləcək.