Logo

“Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul olunub

06.12.2021 21:35 410 baxış
IMG

Respublikamızda peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib.

ABŞ İnkişaf Agentliyinin (USAİD) Özəl Sektorun İnkişaf Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Aqrar sahənin iqtisadiyyatı kafedrası tərəfindən hazırlanmış AZS 903:2021 (AZS IWA 29:2019) “Peşakar Fermer Təşkilatı – Qaydalar” dövlət standartı Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa uyğun olaraq qəbul edilmiş, standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna və dövlət reyestrinə daxil edilmişdir.

Xəbər lenti