2014-cü ilin Nobel Sülh Mükafatı laureatı Malala Yusufzay ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Tehsil.biz xəbər verir ki, Yusufzay Blinkendən əfqan qızların təhsili ilə bağlı kömək istəyib.
O ABŞ dövlət katibindən Əfqanıstandakı qızların məktəbə getməsi üçün ABŞ və Birləşmiş Millətlər Təşkilatından (BMT) dəstək gözlədiklərini bildirib.
Görüşdən əvvəl mətbuata açıqlama verən Blinken, Yusufzayin bütün dünyada qadınlar və qızlar üçün bir ilham olduğunu söyləyib.
Sotoda adlı 15 yaşlı əfqan qızın məktubunu oxuyub:
"Məktəblər və universitetlər qızlar üçün bağlandıqca, gələcəyə ümid bir o qədər çox itəcək. Qızların təhsili sülh və təhlükəsizliyi təmin etmək üçün güclü vasitədir. Qızlar öyrənməsə, Əfqanıstan da əziyyət çəkəcək”.
Xatırladaq ki, M.Yusufzay 2014-cü ildə 17 yaşında olarkən uşaq hüquqlarını müdafiə edən Kaylaş Satyartxi ilə birgə Nobel mükafatına layiq görülmüşdü. (Qafqazinfo)