Logo

Tarixçi-alim Dilavər Əzimlinin anım tədbiri keçirilib

07.12.2021 09:10 861 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası A.ABakıxanov adına Tarix İnstitutunda mərhum tarixçi-alim Dilavər Əzimlinin anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İnstitutun rəhbərliyi və elmi əməkdaşları, ziyalılar və ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb. 

Tarix İnstitutunun icraçı direktoru dosent Cəbi Bəhrəmov Dilavər Əzimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun tarix elminə verdiyi töhfələrdən söz açıb.

Tədbirdə həmçinin professor Şahin Fərzəliyev, tarix elmləri doktoru Eynulla Mədətli, tarix elmləri doktoru Xeyirbəy Qasımov, dosent Hacı Həsənov, dosent Mübariz Ağalarlı, dosent Fərəh Hüseyin, Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli və digər ziyalılar çıxış edərək Dilavət Əzimlinin tarix elminə vediyi töhfələrdən, bir müəllim kimi təhsil fəaliyyətindən, elm sahəsindəki xidmətlərindən, insanlarla səmimi ünsiyyət və xatirələrindən danışdılar.

Tədbirdə Dilavər Əzimlinin və görkəmli səfəvişünas Oqtay Əfəndiyev şəxsi kitabxanası əsasında “Orta əsrlər tarixi” şöbəsində yaradılmış “Oqtay Əfəndiyev və Dilavər Əzimli fondu” da iştirakçılara təqdim olunub.

Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi-alimə verilən bu dəyər-qiymətə görə öz minnətdarlığını bildirib.

Xəbər lenti