Logo

BDU tələbələri Heydər Əliyev muzeyini ziyarət ediblər

07.12.2021 11:27 330 baxış
IMG

Bakı Dövlət Univeristetinin (BDU) tələbələrinin Heydər Əliyev Muzeyinə ziyarətləri davam edir.

Tehsil.biz xəbər verir ki, növbəti ziyarətdə Hüquq, Şərqşünaslıq, Jurnalistika və Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin I və II kurs tələbələri iştirak ediblər.

Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidzadə muzey haqqında tələbələrə məlumat verərək qeyd edib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Muzeydə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, bu böyük şəxsiyyət haqqında Universitet alimlərinin yazdığı kitablar tələbələrdə böyük təəssürat yaradıb.

Xəbər lenti