Logo

"Soyuq günəş" filminin qəhrəmanları BDU-da

07.12.2021 11:45 400 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılğı ilə "Soyuq günəş" filminin baş rollarını oynayan İranə Kərimova və Mirsənan Kazımovla tələbələrin görüşü keçirilib.

Mərkəzin rejissoru Vahid Orucoğlu görüşdə çıxış edərək bildirib ki, “Soyuq günəş” bədii filmi ləzgi xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirir. Film müharibə problemləri və məhəbbət mövzusunda lentə alınıb. Yarmət və Yarqunatın sevgi hekayəsindən bəhs olunur. Film qısa zamanda tamaşaçılar tərəfindən sevilib.

Daha sonra İranə Kərimova və Mirsənan Kazımov filmin çəkilişləri haqqında danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Filmin ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı olan filmin çəkilişləri Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparılmışdır. Filmin quruluşçu operatoru Elxan Rüstəmov, rejissoru Məlahət Əhməd, bəstəkarı Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimovdur.

Xəbər lenti