Logo

"SABAH"ın məzunları İqtisadiyyat Nazirliyinin keçirdiyi “Uğur yolu” karyera inkişaf proqramının qalibi olub

07.12.2021 13:09 742 baxış
IMG

SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetininin Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 2018-ci il məzunu Pinar Cəbrayılova və İqtisadiyyat ixtisası üzrə 2019-cu il məzunu Gülər Abbasova İqtisadiyyat Nazirliyinin keçirdiyi “Uğur yolu” karyera inkişaf proqramının qalibi olub.

SABAH məzunlarımız İqtisadiyyat Nazirliyinin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədi ilə keçirtdiyi "Uğur Yolu" Karyera İnkişaf Proqramının 3 mərhələsini uğurla keçərək 1231 iştirakçı arasından seçiliblər.

Məlumat üçün bildirək ki, bakalavr təhsilini fərqlənmə ilə bitirmiş Gülər Abbasova və Pınar Cəbrayılova hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyir.

Xəbər lenti