Logo

Araz Əlizadə: "Azərbaycanda rus dilində təhsil vacibdir"

07.12.2021 13:55 444 baxış
IMG

“Azərbaycanda rus dilinin tədrisi, eynən ingilis dilinin tədrisi kimi vacibdir. Hesab etmirəm ki, rus dilində təhsil alanlar rus təfəkküründə formalaşırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda rus dilini tədris edənlər ruslar ya da başqa millətin nümayəndələri deyillər”.

Tehsil.biz xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokratik Partiyasının sədri Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, azərbaycanlı müəllimlərin rus dilini tədris etdiyi uşaqlar və gənclər rus təfəkküründə böyüyə bilməzlər:

"Təhsilin həm də tərbiyə olduğunu əsas götürsək, deyə bilərik ki, həmin təhsilalanları tərbiyə edən azərbaycanlılardır. Fikrimcə, Ermənistanda və Gürcüstanda rus dili tədrisinin qadağasının Azərbaycanla əlaqələndirilməsi doğru deyil. Rus dilində təhsil, əlbəttə ki, vacibdir".

Xəbər lenti