Logo

Gömrük Akademiyasının tələbələri arasında voleybol yarışı keçirilib

07.12.2021 16:10 415 baxış
IMG

4 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə Sərhədçi İdman Kompleksində Akademiyanın tələbələri arasında voleybol yarışı keçirilmişdir.

Həm qız, həm oğlan tələbələrin iştirak etdiyi yarışda “Zəfər” və “Mübariz” komandaları qalib adı uğrunda mübarizə aparmışdırlar. Gərgin və maraqlı keçən mübarizə “Zəfər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatmışdır.

Yarışın sonunda qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunmuşdur.

Xəbər lenti