Logo

Gömrük Akademiyasında bilik yarışı keçirilib

07.12.2021 16:55 809 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Brain league” adlı 3 turdan ibarət olan intellektual yarışın (liganın) ilk turu keçirilmişdir.

Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən onların intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarışın ilk turunda 9 komanda, ümumilikdə 45 nəfər tələbə iştirak etmişdir.

Yarışın sonunda yüksək bilik nümayiş etdirərək uğur qazanan komanda sertifikatla təltif olunacaqdır.

Xəbər lenti