Logo

İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət

08.12.2021 08:59 466 baxış
IMG

Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.

Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz. Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?

Milli.Az valideyn.az-a istinadən bildirir ki, 0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.

Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.

Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar? Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

- Aqressivlik

- Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən etməsi

- Siz işə gedərkən ağlaması

- Siz evə gələrkən ağlaması

- Yemək yemə zamanı kaprizləri

- Qısqanclığı və s.

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.

- İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona izah edin.

- İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.

- İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.

- İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə önəm veriin.

- Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.

- Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.

- Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.

- Yuxu zamanında nağıl danışın.

- Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə keçirin.

Xəbər lenti