Logo

Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

08.12.2021 13:15 535 baxış
IMG

“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.

Tehsil.biz xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

F. Muradov əlavə edib ki, Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən “YAŞAT” marafonu təşkil edilib və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşulublar. Marafon yaradılanda tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplanıb və “YAŞAT” Fonduna köçürülüb:

“Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd “Dermaton” cərrahi aparatı, 92 ədəd “İlizarov” aparatı və 566 əlil arabası göndərilmişdi”.

Xəbər lenti