Logo

ADU-da "İnklüziv təhsil və onun faydaları" mövzusunda tədbir keçirilib

08.12.2021 14:19 508 baxış
IMG

Azərbaycan Dillər Universiteti (ADU) universitetin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində kafedranın müəllimi T.Əliyeva və tələbələrinin birgə təşkilatçılığı ilə "İnklüziv təhsil və onun faydaları" mövzusunda tədbir keçirilib. 

Tədbir zamanı müəllimi T.Əliyeva və ikinci kurs tələbələri- S.Hüsiyeva, N.Şərifova, M.Sadıqova, R.Sədirzadə, J.Abbasova İnklüziv təhsil haqqında məlumat verib, faydalarından danışıblar.

Eyni zamanda ictimai fikir formalaşdıran şəxslərlə əlaqələrin qurulması, münasibətlərin tənzimlənməsinin əhəmiyyətini, hətta zəruriliyini nəzərə alaraq, bu istiqamətdə maarifləndirici görüşlərin ənənəvi olaraq həyata keçirəcəklərini bildiriblər.

Xəbər lenti