Logo

AzTU-nun müəllimləri Təhsil Nazirliyi tərəfindən təltif edilib

08.12.2021 15:09 682 baxış
IMG

Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasında uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Metallurgiya və materialşünaslıq fakültəsinin Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri, dosent Aqil Babayev 70 illik, Maşınqayırma və robototexnika fakültəsinin Maşınqayırma texnologiyası kafedrasının professoru Vaqif Mövlazadə isə 80 illik yubileyləri münasibətilə bu mükafata layiq görülüb.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını AzTU-nun müəllimlərinə universitetin rektoru, professor Vilayət Vəliyev təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti