Logo

AzTU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığı inkişaf etdirir

08.12.2021 16:36 870 baxış
IMG

Ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan Dövlət Universitetinin rektoru Markelov Konstantin və Beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Anqelina Azərbaycan Texniki Universitetində (AzTU) olub. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb və iki universitet arasında mövcud əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Görüşdə elm və tədqiqat yönümlü layihələrin birgə işlənməsi, hər iki universitetin professor-müəllim heyətinin təcrübə mübadiləsi aparması əsas müzakirə mövzusu olub. Həmçinin hər iki universitetin üzv olduğu “Xəzəryanı ölkələrin dövlət universitetləri assosiasiyasının” fəaliyyəti çərçivəsində Xəzər dənizi və onun hövzəsi üzrə aparılan elmi-tədqiqat işləri və layihələrin icrası üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində də təkliflər səsləndirilib.

Xatırladaq ki, AzTU 2018-ci ildən Həştərxan Dövlət Universiteti ilə əməkdaşlıq edir.

Xəbər lenti