Logo

BMU tələbələri “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında olublar

08.12.2021 17:16 714 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti universitetin Kimya müəllimliyi ixtisasının II kurs tələbələrinin “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına təcrübə gəzintisini təşkil edib.

Laboratoriyanın şöbə rəisi Aqşin Tağıyevin rəhbərliyi ilə baş tutan gəzinti “Analitik Kimya-1” dərsinin praktiki cəhətdən tələbələrə daha effektiv çatdırılması məqsədini daşıyıb.

Gəzinti zamanı tələbələr içməli və tullantı sularının analizi prosesi ilə yaxından tanış olublar.

Xəbər lenti