Logo

“İdman jurnalistikasında müsahibə və saxtakar müsahiblər” mövzusunda seminar keçirilib

08.12.2021 18:20 670 baxış
IMG

Dekabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında “İdman menecmenti və kommunikasiya” kafedrasının təşkilatçılığı ilə İdman TV kanalında yayımlanan “İdman səhər” verilişinin baş redaktoru Vüqar Vüqarlı idman jurnalistikası magistr proqramının, SABAH qrupları layihəsi modeli çərçivəsində ASAPES-SABAH pilot qruplarının və İdman menecmenti və kommunikasiya bakalavr ixtisasının tələbələrinə “İdman jurnalistikasında müsahibə və saxtakar müsahiblər” mövzusunda seminar keçirib.

Tehsil.biz xəbər verir ki, interaktiv şəkildə keçən seminarda müsahibə öncəsi araşdırma, düzgün sualların tərtib olunması, müsahiblə söhbət zamanı etik normalardan istifadə haqqında maarifləndirici məsələlər müzakirə edilib, “Saxtakar müsahiblərə qarşı necə hazırlıqlı olmaq olar?”, “Hansı saxtakarlığa yol verilə bilər?” kimi suallar cavablandırıb  və tələbələrə təhsil aldıqları sahə üzrə karyera yüksəlişi baxımından bir sıra tövsiyələr verilib.

Xəbər lenti