Logo

Xəzər Universiteti əməkdaşlarının elmi məqaləsi “Scopus” indeksli jurnalda

08.12.2021 19:00 435 baxış
IMG

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin doktorantı Mustafa M.Alalavnehin və fakültənin dekanı Ceyhun Məmmədovun “Birbaşa xarici investisiyalar, infrastruktur investisiyaları, turizm gəlirləri və iqtisadi artım arasında əlaqə: meqatədbirlər nümunəsində” adlı elmi məqaləsi “Scopus” indeksli “Emerging Science Journal”da dərc edilib.

Universitetdən bildirilib ki, tədqiqatın məqsədi 2006-cı il FIFA dünya çempionatına ev sahibliyinin 2000-2017-ci illər ərzində Almaniyanın iqtisadi artımına təsir dərəcəsini araşdırmaq olub.

Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirlmiş linkdə tanış olmaq mümkündür.

Xəbər lenti