Logo

"Sağlam həyatı seçirik!” adlı layihə müvəffəqiyyətlə davam etməkdədir

08.12.2021 22:40 753 baxış
IMG

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyatı seçirik!” adlı layihə müvəffəqiyyətlə davam etməkdədir.

Əsas məqsədi Bakı şəhərində gənclər arasında narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq, gənclərin sağlam vətəndaş kimi böyüməsini təmin etmək olan bu layihə çərçivəsində artıq 200-dən çox gənclə görüş keçirilmişdir. Görüşlərdə gənclərə zərərli vərdişlərin fəsadları barədə maarifləndirici məlumatlar verilmiş, onların neqativ əməllərdən çəkindirilməsi, təhsilə, elmə, idmana olan maraqlarının artırılması və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, vətənpərvər ruhda böyüməsi baxımından olduqca əhəmiyyətli fikirlər səsləndirilmiş, eyni zamanda gənclərin mövzu ilə bağlı düşüncələri dinlənilmişdir.

Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmış, maarifləndirici videorolik nümayiş etdirilmişdir.

Layihənin gələcəkdə daha geniş kütləni əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.

Xəbər lenti