Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Yaqut Şəkizadə “WorldSkills Azerbaijan” və “CÀSÀ BAKU” şirkətinin təşkil etdiyi Milli Aşpazlıq müsabiqəsinin ilk üç mərhələsini uğurla başa vurub. Bununla o, Azərbaycanı beynəlxalq “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanıb.
79 iştirakçı arasında rəqabət aparan Yaqut Şəkizadə 20 iştirakçının seçildiyi 3-cü mərhələni də başa vuraraq final mərhələsinə yüksəlib.
BANM-in tələbəsi finala qalan 5 qalibdən biri olub. Bununla da o, Azərbaycan Kulinariya Sənətləri Mərkəzində (“CÀSÀ”) ödənişsiz əsaslarla kulinariya təhsili almaq, həmçinin Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanıb.
Yaqut Şəkizadə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsidir. Ali Məktəbə 695 balla qəbul olunan Yaqut Şəkizadə Prezident təqaüdçüsü olub.