Logo

Qərbi Kaspi Universitetində "Əsgərlər unudulanda ölürlər" filminin nümayişi və müzakirəsi keçirilib

09.12.2021 10:29 455 baxış
IMG

Qərbi Kaspi Universitetində "Əsgərlər unudulanda ölürlər" filminin nümayişi və müzakirəsi keçirilib.

Filmin yaradıcı heyəti - ssenari müəllifi, Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev, filmin məsləhətçiləri - əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə bu sənədli araşdırmanın ərsəyə gəlməsi, bir sıra səhnəarxası detalları barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar. 

Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov sənədli filmin Azərbaycan tarixinin olduqca vacib səhifəsinə işıq tutduğunu qeyd edib, yaradıcı heyətə tələbələrə görüşə görə təşəkkürünü bildirib.

Xəbər lenti