Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olub.