Logo

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki

05.12.2020 16:42 503 baxış
IMG

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi könüllülük fəaliyyətinin önəminin və bu sahəyə göstərilən yüksək dövlət dəstəyinin bariz nümunəsidir.

 

Azərbaycanda könüllülük hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolu çox böyükdür.

 

Fikrimizcə, Ali Baş Komandanımızın qətiyyəti və Azərbaycan Əsgərinin rəşadəti sayəsində qazandığımız Böyük Qələbədə nümayiş etdirilən şücaətlər və Vətən uğrunda göstərilən qəhrəmanlıqlar hər birimiz üçün əsl könüllülük məktəbi oldu.

 

Eyni zamanda, 2020-ci il ərzində COVID-19 infeksiyası ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən sistemli tədbirlərin həyata keçirilməsində könüllülərin mühüm rol oynaması da danılmaz həqiqətdir.

 

44 günlük Vətən Müharibəsinə, qlobal pandemiya ilə mübarizəyə, eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən digər fəaliyyətlərə könüllü olaraq fəal qoşulan Mingəçevir Dövlət Universitetinin əməkdaşlarını, tələbələrini və məzunlarını ürəkdən təbrik edirəm!

 

Beynəlxalq Könüllülər Gününüz mübarək olsun!

Xəbər lenti