Logo

LDU Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürüb

01.10.2020 16:41 654 baxış

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin kollektivi adından Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürülüb. Elmi Şuranın onlayn keçirilən iclasında iştirakçılar birmənalı olaraq bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə bu addımı atmaq vacibdir və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın , qurumun üzərinə böyük məsuliyyət düşür.

Elmi Şurada qeyd edilib ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq məqsədilə Lənkəran Dövlət Universitetinin kollektivi öz üzərinə düşən məsuliyyəti dərk edərək bu addımı atır və gələcəkdə də Milli Ordumuza maddi və mənəvi dəstək olmağa hər an hazırdır.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında LDU-nun əməkdaşları da var və onlar bu günlərdə ön cəhbədə döyüşərək Vətənə olan borclarını ləyaqətlə yerinə yetirirlər.

Mİlli Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün Lənkəran Dövlət Universiteti tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürülməsi bir daha sübut edir ki, LDU kollektivi hər zaman dövlətimizin , Ali Baş Komandanımızın yanında , Milli Ordumuzun arxasındadır.

Xəbər lenti