Logo

183 məktəbəqədər təhsil müəssisəsin məsul şəxsləri barəsində tədbirlər görülüb

09.12.2021 18:01 565 baxış
IMG

“AQTA tərəfindən oktyabrın 4-dən dekabrın 1-nə qədər Bakı və regionlarda ümumilikdə 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq həyata keçirilib. Onlardan 205 müəssisədə 1236 nöqsan aşkarlanıb”.

Tehsil.biz-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şəhla Yusifzadə qurumun “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, kobud pozuntular aşkarlanmış 183 məktəbəqədər təhsil müəssisəsin məsul şəxsləri barəsində tədbirlər görülüb: “AQTA tərəfindən məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakı, həm də bölgələrdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri və məsul şəxslərinin iştirakı ilə təlimlər keçirilib. Bu təlimlər mütəmadi keçiriləcək”.

Xəbər lenti